İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1203-ə çatıb. Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yerli mediaya istinadən yazıb
***
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.
***
İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.
Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.
***
İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ və ardınca sunaminin baş verməsi nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi bildirib.
Daha 356 nəfərin xəsarət aldığı bildirilir.
Ömər