Böyük xalq olduğumuzu bütün dünyaya sübut etmişik

Böyük xalq olduğumuzu bütün dünyaya sübut etmişik

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətinə dair
Yeni reallıqları hər kəs qəbul etməlidir.İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın.Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır .Həqiqəti unutmaq olmaz.Biz bəzi hallarda görürük,sanki heç müharibə olmayıb,sanki işğal olmayıb.Bunu unutmaq və bizə unutdurmaq istəyirlər.Bu,heç vaxt olmayacaq.İşğal reallıqları, müharibə reallıqları,postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq.
Bu fikirləri Prezident Novruz bayramı münasibətilə xalqımıza müraciətində vurğulamışdır.Aradan ötən onilliklər ərzində işğalçı ölkənin rəhbərlərinə də, onların təcavüzkar mövqeyini dəstəkləyən Ermənistan cəmiyyətinə də elə gəlirdi ki, zaman keçdikcə Azərbaycan itirilmiş torpaqlarını unudacaq. İşğal reallıqları ilə barışacaq. Ona görə də mövcud status-kvonu mümkün qədər uzatmağa çalışırdılar. Mənfur erməni xisləti isə yenə öz işində idi. Ermənistanın yeni rəhbərliyi mövcud durumdan, dəstəyi ilə hakimiyyətə yiyələndiyi xarici dairələrin qrant və siyasi köməyindən o qədər eyforiyaya qapılmışdı ki, ölkənin müdafiə naziri ABŞ-da “yeni ərazilər uğrunda yeni müharibə”dən dəm vururdu. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan rəhbərliyi ilə ilk görüşlərində verdiyi bütün vədləri unudub namərdcəsinə xalqımızın heysiyyətı ilə oynamağa başlamışdı. Milli düşüncəmizdə qudsallıq simvollarımızdan olan Şuşaya gedib özü kimi daşnak xislətli sərsəmlərlə sərxoş vəziyyətdə rəqs edirdi. Siyasətə gəldiyi küçələrin ab-havası ilə beynəlxalq toplantılarda “Qarabağ Ermənistandır, nöqtə” deyəcək qədər tərbiyəsizliyə özündə cəsarət tapa bilirdi. Danışıqların Azərbaycanla  Dağlıq Qarabağdakı cinayətkar hərbi-xunta rejimi arasında aparılmalı olması barədə həyasızlıqları ilə illərdən bəri aparılan danışıqlar prosesini, hazırlanan həll prinsiplərini pozurdu.  Və ona da, ətrafındakı faşist düşüncəli məmurlarına da elə gəlirdi ki, Azərbaycanın münaqişənin itki vermədən sülh yolu ilə həlli üçün göstərdiyi səbr, təmkin, danışıqlar yoluna sadiqliyi vəziyyətlə barışması anlamına gəlir.
Lakin aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın
Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik;
Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.”Qarabağ Azərbaycandır!”

Şahbazzadə İlqarə Mahir qızı,
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi

Share: