BQXK rəsmisi yüklərin yoxlanılması barədə: “Dövlətin əleyhinə nəsə olsa, çıxara bilərlər”

BQXK rəsmisi yüklərin yoxlanılması barədə: “Dövlətin əleyhinə nəsə olsa, çıxara bilərlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hər hansı ərazidən keçəcək istənilən nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir”.

Oxu.Az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hakimiyyət qurumları, aidiyyəti orqanlar tərəfindən razılıq verilmədən heç bir hərəkət ola bilməz:

“Əlaqədar qurumların da həmin nəqliyyat vasitələrini və ya yükləri yoxlamaq səlahiyyəti, eləcə də nəsə qeyri-qanuni hal olsa, bunu aradan qaldırmaq hüququ var. Çünki BQXK-nın hər hansı nəqliyyat vasitəsini, yaxud yükləri yoxlayacaq texniki imkanı yoxdur.

Odur ki, aidiyyəti qurumlara göndərilən məktubda belə yüklərin yoxlanılması hüquqlarının olması qeyd olunur. Bizim əsas missiyamız humanitar yüklərin yerlərə çatdırılmasıdır. Həmin yüklərin arasında dövlətin əleyhinə nəsə olsa, çıxara bilərlər”.

Aysel Aslan

Share: