“BQXK Xankəndiyə hələ də İrəvandan gəlib-gedir”

“BQXK Xankəndiyə hələ də İrəvandan gəlib-gedir”

“Bir neçə gün öncə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bu təşkilat unudur ki, hələ də Azərbaycan ərazisində fəaliyyət göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vüqar İskəndərli Milli Məclisin iclasında bildirib.

“Komitə Xankəndiyə hələ də İrəvandan gəlib-gedir. Azərbaycan tərəfinin irəli sürdüyü Bakıdan gediş prosesini qulaqardına vururlar. Bununla bərabər qanunsuzluqlar da davam edir. Onlar unutmasınlar ki, hər bir qanun pozuntusunun mütləq cavabı olur”,- deyə millət vəkili vurğulayıb.

Zaur Mirzə

 


Share: