“Bravo”da yaralananların son vəziyyəti açıqlandı

“Bravo”da yaralananların son vəziyyəti açıqlandı

Martın 4-də Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo” supermarketinə məxsus hipermarketə silahlı hücum zamanı  yaralananların vəziyyəti açıqlanıb.

Bu barədə  “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbi ilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.


Share: