Braziliyalı futbolçu “Qalatasaray”da

Braziliyalı futbolçu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” futbol klubu Mateus Kardoso Lemos Martins (Tete) ilə 4+1 illik müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu Tetenin transferi klubun sosial media hesabında açıqlanıb.

“4+1 mövsüm variantı ilə transfer üçün peşəkar futbolçu Mateus Kardoso Lemos Martins ilə razılıq əldə olunub. Hər mövsüm üçün 2.800.000 avro zəmanət haqqı ilə toplam 3.100.000 avro imza haqqı ödəniləcək. Onun seçimi Qalatasaraydır!”, – qeyd olunub.


Share: