Britaniya dəniz piyadaları Ukraynada əməliyyatlar keçirib.
Bunu Böyük Britaniya silahlı qüvvələrinin general-leytenantı Robert Maqoven deyib.
Maqovenin bu hərbi xidmət sahəsinə 2022-ci ilin may ayına qədər komandanlıq etdiyi bildirilir.
Generalın sözlərinə görə, Britaniya dəniz piyadalarının Ukraynadakı vəzifələri “yüksək səviyyədə siyasi və hərbi risk” daşıyıb. O, bu vəzifələrin nədən ibarət olduğunu açıqlamayıb.
Mənbə: inosmi.ru