“Britaniya-İsveç peyvəndinə ehtiyac yoxdur”

“Britaniya-İsveç peyvəndinə ehtiyac yoxdur”

ABŞ-ın baş infeksionisti Entoni Fauçi hətta milli tənzimləyici tərəfindən təsdiqlənsə belə, ölkədə koronavirusla mübarizə aparmaq üçün “AstraZeneca” peyvəndindən istifadəyə ehtiyac görmür.

“Buna hələ qərar verilməlidir. Ancaq bir sıra şirkətlərlə olan müqavilə əlaqələrimizi nəzərə alsaq “AstraZeneca”ya müraciət etmədən bütün ehtiyaclarımızı ödəmək üçün kifayət qədər peyvəndimiz var”, – Fauçi “Reuters” agentliyinə verdiyi açıqlamada bildirib.

Hal-hazırda bəzi Avropa ölkələri vaksinasiya olunanlarda tromboembolik fəsadlar səbəbindən sözügedən peyvənddən istifadəni dayandırıb. Avropa tənzimləyicisi hadisələri araşdırır, lakin hələlik peyvəndin davam etdirilməsini mümkün hesab edir.

Qeyd edək ki, ABŞ-da hələ Britaniya-İsveç birgə istehsalı olan “AstraZeneca”nın istifadə icazəsi yoxdur. Ölkədə yalnız “Pfizer/BioNTech”, “Moderna” və “Johnson&Johnson” peyvəndləri təsdiq olunub.

Müstəqil.Az 

Share: