Böyük Britaniya, İtaliya və Yaponiya 2035-ci ilə qədər hazır olacaq yeni nəsil qırıcının birgə hazırlanması barədə razılığa gəliblər.
Üç ölkənin birgə bəyanatını Britaniyanın Baş naziri Rişi Sunakın ofisi yayıb:
“Bu gün biz üçbucaqlı tərəfdaşlığımızı gücləndirmək istiqamətində daha bir addım atırıq”.
Üç ölkə “Global Combat Air Programme” adlanan layihəni həyata keçirmək və qırıcıların sonrakı modernləşdirilməsi üçün qabaqcıl texnoloji inkişaflarından istifadə etmək niyyətindədir. 2024-cü ilə qədər dizaynın hazırlanması mərhələsinə başlamaq planlaşdırılır.
Mənbə: TASS