Britaniyanın kral ailəsi İngiltərə yığmasına dəstək olub.
Şahzadəsi Uilyam Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırıldıqdan sonra milli futbol komandasına müraciət edib.
“Qaret Sautqeyt, Harri Keyn və bütün İngiltərə komandası, çox təəssüflənirik. Siz bu turnirdə çox səy göstərdiniz və hamımız sizinlə inanılmaz dərəcədə fəxr edirik. Başınızı dik tutun və növbəti turnirə doğru, irəli!”, – kral ailəsinin üzvü “Twitter”də yazıb.
Gareth, Harry and the whole @England squad and staff, gutted for all of you. You put so much into this tournament and we are all so proud of you. Heads held high and on to the next one! W.
— The Prince and Princess of Wales (@KensingtonRoyal) December 10, 2022