Böyük Britaniya Kralı III Çarlz Analar Günü münasibətilə uşaqlıq fotosunu paylaşıb.
Şəkildə 22 yaşlı mərhum kraliça II Elizabet qucağında balaca şahzadə Çarlz ilə birgə əks olunub.
Paylaşım analarını itirənlərə həsr olunub.
“Dünyadakı bütün analara və hazırda anaları üçün darıxanlara: Biz sizi düşünürük və sizə çox xüsusi bir Analar Günü arzulayırıq”, – paylaşımda deyilir.