Britaniya kralı tarixdə ilk dəfə Uels dilində çıxış etdi

Britaniya kralı tarixdə ilk dəfə Uels dilində çıxış etdi

Böyük Britaniya kralı III Çarlz cümə günü Uels parlamentində (Senedd) yerli dildə çıxış edib. Bu, Britaniya monarxiyası üçün görünməmiş bir hadisə olub.

“Mən bilirəm ki, Senedd və Uels xalqı mənim kədərimi bölüşür. Uels həmişə anamın qəlbində xüsusi yer tutub”, – deyə əlahəzrət bildirib.

Kral uzun illər Uels şahzadəsi olduğunu xatırladıb və hazırda oğlunun bu titulu daşıyacağını qeyd edib.

Share: