Britaniya Rusiyaya qarşı zərbə qrupu göndərdi

Britaniya Rusiyaya qarşı zərbə qrupu göndərdi

Böyük Bitaniyanın Kral Donanması Qara dənizdə Rusiya hegemonluğuna meydan oxuyacaq.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya donanmasının “Kraliça Yelizaveta” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu ölkə xaricində ilk əməliyyat səfərinə hazırlaşır. Aviadaşıyıcıda 8 ədəd F-35B qırıcısı var. Qrupda həmçinin “Tomahavk” qanadlı raketlərilə təchiz olunmuş 6 hərbi gəmi və sualtı qayıq, 14 helikopter, eləcə də dəniz piyadaları bölüyü cəmləşib.

“Qrupun bir hissəsi bu regionda Rusiyanın hökmranlığına qarşı NATO-nun səylərini dəstəkləmək üçün Qara dənizə daxil olacaq”, – nəşr bildirib.

Böyük Britaniya Müdafiə Nazirliyi Qara dənizə yollanan gəmilərin adlarını açıqlamaqdan imtina edib.

Anar Ə.

Share: