Böyük Britaniya və ABŞ qüvvələri husilərin mövqelərinə zərbələr endirib.
TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya və ABŞ qüvvələri husilərin hədəflərinə iki yeni zərbə endirib. Zərbələrin Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisinə endirildiyi bildirilib.