Beynəlxalq Qlobal Analiz və Qlobal Trendlər İnstitutunun prezidenti Tiberio Qratsiani bildirib ki, İtaliya və Böyük Britaniyanın istefa vermiş baş nazirləri Mario Draqi və Liz Trass Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna gətirilə bilərlər.
Ekspertin fikrincə, hər iki namizəd ABŞ üçün sərfəlidir.
Belə ki, “bir britaniyalının Brüsseldə olması ənənəvi Anqlo-Amerikan xüsusi münasibətlərini gücləndirər”, “İtaliyanın olması isə NATO əleyhinə meylləri zəiflətməyə xidmət edərdi”.
Mənbə: gazeta.ru