Britaniya XİN-in rəhbəri futbol azarkeşlərini İslam mədəniyyətinə hörmət etməyə çağırdı

Britaniya XİN-in rəhbəri futbol azarkeşlərini İslam mədəniyyətinə hörmət etməyə çağırdı

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli hesab edir ki, LGBT fanatları Qətərin adət-ənənələrinə hörmət etməlidirlər.

“Keçmişdə mən Qətər hakimiyyəti ilə dünya çempionatına gedəcək LGBT icması üzlərinin məsələsini müzakirə etmişdim. Mən yerli hakimiyyət orqanlarının Böyük Britaniyadan və digər ölkələrdən olan azarkeşlərlə necə davranacağını soruşdum.

Onlar azarkeşlərin təhlükəsizliyi üçün hər şeyi etməyə hazırdırlar və onların turnirdən həzz almasını istəyirlər. Onlar bilirlər ki, güzəştə getməli olacaqlar, çünki bura bizimkindən tamamilə fərqli mədəniyyət normalarına malik müsəlman ölkəsidir.

Futbolsevərlərə deyə bilərəm ki, lütfən, turnirin keçirildiyi ölkəyə hörmət edin. Onlar hər şeyi etməyə çalışırlar ki, insanlar özləri kimi olsunlar, futboldan həzz alsınlar. Düşünürəm ki, başqa ölkəyə gələndə onun mədəniyyətinə hörmət etmək vacibdir”, – deyə Ceyms Kleverli bildirib.

Share: