Britaniyada baş nazirin müavini işçilərilə kobud rəftara görə cəzalandırıla bilər

Britaniyada baş nazirin müavini işçilərilə kobud rəftara görə cəzalandırıla bilər

Böyük Britaniyanın baş nazirinin müavini, lord kansler, ədliyyə naziri Dominik Raabın tabeliyində olan şəxslərə qarşı aqressiv davranışı ilə bağlı şikayətlərin araşdırılmasının nəticələri onun istefası ilə nəticələnə bilər.

Təhqiqata birbaşa Baş nazir Rişi Sunaka tabe olan və parlamentin 30 Mart Pasxa tətilinə getməzdən əvvəl hesabat təqdim etməli olan Adam Tolli rəhbərlik edir. Onun gəldiyi qənaətin ədliyyə naziri üçün son dərəcə əlverişsiz olacağı güman edilir.

Səkkiz şikayətə baxılması rəsmən təsdiqlənib. Qeyri-rəsmi olaraq isə nazirə qarşı 24 şikayətin olduğu bildirilib.

49 yaşlı baş nazirin müavini özü özünü təqsirli bilmir və israr edir ki, o, həmişə iş yerində aqressivliyə qarşı dözümsüz olub.

Mənbə: TASS

Share: