Böyük Britaniyada son sutka ərzində 5342 nəfər koronavirusa yoluxub. Bu sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.
Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,301,925 nəfərə çatıb.
Müstəqil.Az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126,172 nəfərə çatıb.
Müstəqil.Az