Britaniyada şlanqlardan suvarma üçün istifadə qadağan edildi

Böyük Britaniyanın Hempşir və Ayl-of-Uayt qraflıqlarında suvarma üçün şlanqlardan istifadəyə  müvəqqəti qadağa tətbiq edilib. Buna səbəb anomal istilərin yaratdığı quraqlığa görə suya qənaət etməkdir.

Bu barədə qərar “Southern Water” kommunal şirkətinin press-relizində elan edilib.

Bağları sulamaq və ya avtomobilləri yumaq üçün su şlanqlarından istifadə müvəqqəti olaraq qadağan ediləcək. “Bəzək gölməçələri və hovuzlar da doldurulmamalıdır”, – deyə sənəddə ayrıca qeyd edilir.

Böyük Britaniyada keçən həftə temperatur rekord həddi ötüb. Belə ki, çərşənbə axşamı havanın temperaturu 38,7 dərəcə rekordunu qıraraq 40,3 dərəcəyə çatıb.

Mənbə: MK.ru

Share: