Böyük Britaniyada koronavirusun “Britaniya ştammı” da mutasiyaya uğrayıb.
Müstəqil.az xarici mətbuata istinadla xəbər verir ki, E484K mutasiyası əvvəllər koronavirusun “Cənubi Afrika” və “Braziliya” variantlarında təsbit olunub.
Laboratoriya tədqiqatlarına görə, yeni mutasiya koronavirusun immunitet reaksiyasına qarşı daha davamlıdır və COVİD-19 vaksininin təsir gücünü azaldır.
Bununla əlaqədar olaraq artıq koronavirusa yoluxmuş insanların “Britaniya ştammı”nın mutasiyasına yoluxma riski də artır.