Böyük Britaniyanın yeni kralı III Çarlz sələfləri kimi monarxın rəsmi ad gününü yay paradı ilə qeyd etmək ənənəsini davam etdirəcək.
Məlumata görə, parad 2023-cü il iyunun 17-də Londonun mərkəzində baş tutacaq.
Britaniya monarxlarının rəsmi doğum günləri faktiki tarixlərindən asılı olmayaraq həmişə yayda qeyd olunur. Hər il həmin gündə 260 ildən artıqdır ki, təntənəli parad keçirilir.
Gələn il keçiriləcək mərasimdə Kral III Çarlz və onun böyük oğlu, Uels şahzadəsi Uilyamın at belində gəlməsi gözlənilir. Kral ailəsinin digər üzvləri, o cümlədən Kraliça Kamilla və Uels şahzadəsi Keyt Middlton paradı Bukinhem sarayının eyvanından izləyəcəklər.
Mənbə: iz.ru