Birmingem Universitetinin mütəxəssisi Merten Reglits yeni yazdığı məqaləsində qeyd edir ki, internetə çıxış sağlamlıq, təhsil, iş hüququ kimi insanın fundamental hüquqlarından birinə çevrilməlidir.
Alimin yazdığı elmi məqalə “Politics Philosophy&Economics” jurnalında dərc olunub.
Müəllif qeyd edir ki, bu gün internet insan potensialının inkişafında çox böyük rol oynayır.
“İnternetə çıxış olmadan iş, mənzil tapmaq, dövlət xidmətlərinə müraciət etmək və hətta tibbi yardım almaq artıq demək olar ki, mümkün deyil”, – Merten Reglits vurğulayıb.
Tədqiqatçı məqalədə, həmçinin, qeyd edir ki, müasir təhsili artıq internetsiz təsəvvür etmək mümkün deyil.
Mənbə: Rbclife.ru