Britaniyalı siyasətçilər: “Rusiya tribunal qarşısında cavab verməlidir”

Britaniyalı siyasətçilər: “Rusiya tribunal qarşısında cavab verməlidir”

Müxtəlif siyasi dairələrdən olan yüksək rütbəli britaniyalı siyasətçilər birgə bəyanat yayaraq Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı hərəkətlərinin araşdırılması üçün xüsusi tribunal yaradılması tələbini dəstəkləyiblər.

Leyboristlər Partiyasının lideri Keyr Starmer, NATO-nun keçmiş Baş katibi Corc Robertson, keçmiş xarici işlər naziri Devid Ouen və keçmiş mühafizəkar lider İen Dunkan Smitin də daxil olduğu siyasətçilər qrupu müharibə cinayətlərinin mühakiməsi üçün tribunal yaradılmasının vacibliyini bəyan ediblər.

“Rusiyanın Belarusun dəstəyi ilə İkinci Dünya Müharibəsindən sonra Avropaya ən böyük quru hücumlarından birinə başlamasından 10 ay keçir. O vaxtdan bəri minlərlə Ukrayna vətəndaşı öldürülüb və ya yaralanıb, 8 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. On milyardlarla dəyərində mülki infrastruktur və iqtisadi aktivlər dağıdılıb və ya talan edilib, əvəzolunmaz mədəniyyət abidələri xarabalığa çevrilib”, – bəyanatda deyilir.

Sənədi keçmiş baş nazir Qordon Braun və xüsusi tribunal yaratmaq ideyasını ilk dəfə irəli sürən hüquq professoru Filip Sands hazırlayıb. İnsan haqları üzrə vəkillər Şeri Bleyr və Helena Kennedi d bəyanatı imzalayanlar arasındadır.

Mənbə: espreso.tv

Share: