Britaniyanın ən böyük konteyner limanı işçiləri tətil edirlər

Britaniyanın ən böyük konteyner limanı işçiləri tətil edirlər

Konteyner daşımalarına görə Britaniyanın ən böyük konteyner limanı “Felikstou”nun 1,9 minə yaxın işçisi operator şirkətin əmək haqqını inflyasiyaya uyğun artırmaqdan imtina etməsinə etiraz olaraq 8 günlük tətilə başlayıblar.

Qeyd olunur ki, İngiltərənin şimal sahillərində yerləşən limanın işçiləri “Felixstowe Dock and Railway Company”nin rəhbərliyinin maaş məsələsində güzəştə getməkdən imtina etdikdən sonra tətildə iştirak etmək qərarına gəliblər. Liman operatoru işçilərin əmək haqqını 7% artırmağa, eləcə də birdəfəlik 500 funt sterlinq (590 ABŞ dolları) ödəməyə razı olub. Lakin həmkarlar ittifaqı ölkədə son 40 ildə rekord inflyasiya olduğu üçün bu təklifi qeyri-kafi hesab edib və 10,1% artım tələb edib.

Ümumilikdə Böyük Britaniyada bütün konteyner daşımalarının demək olar ki, yarısını təşkil edən Felikstou limanında 2,5 minə yaxın işçi çalışır. Məlumata görə, tətildə xüsusilə kran operatorları, dok işçiləri və liman yükləyiciləri iştirak edir.

Mənbə: TASS

Share: