Belçikanın Brügge şəhəri 2030-cu ildə Avropanın Mədəniyyət Paytaxtı adına namizəd olacaq.
Xatırladaq ki, artıq bir dəfə, 20 il əvvəl (2002-ci ildə) Brügge Avropanın Mədəniyyət Paytaxtı seçilmişdi.
Brügge şəhərinin meri Dirk de Vau bildirib ki, indi şəhər sakinləri 2030-cu ildə Avropanın Mədəniyyət Paytaxtı adına iddialıdırlar.
Qeyd edək ki, Avropanın Mədəniyyət Paytaxtını müstəqil ekspertlərdən ibarət qrup tərəfindən seçilir.
Hazırda Avropa mədəniyyətinin paytaxtı Serbiyanın Novi Sad şəhəridir.
Mənbə: Rossaprimavera.ru