“Brügge” Çempionlar Liqasından kənarda qaldıqdan sonra baş məşqçisi Skott Parkeri istefaya göndərib.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika klubunun rəhbərliyi “Benfika”ya 1:5 hesablı məğlubiyyətdən sonra buna qərar veriblər.
“Brügge”yə bundan sonra kimin rəhbərlik edəcəyi məlum deyil.