BTQ Asiya-Avropa yükdaşımalarının vaxtını kəskin şəkildə qısaldacaq

BTQ Asiya-Avropa yükdaşımalarının vaxtını kəskin şəkildə qısaldacaq

BTQ Asiya-Avropa yükdaşımalarının vaxtını kəskin şəkildə qısaldacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Asiya ilə Avropa arasında yükdaşıma müddətini kəskin şəkildə qısaldacaq.

-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı deyib.

O, bildirib ki, Gürcüstan dəmir yollarının, eləcə də BTQ-in Gürcüstan ərazisindən keçən hissəsinin modernizasiya işlərinin bu il tamamlanması planlaşdırılır.

Levan Davitaşvili “Orta Dəhliz” vasitəsilə yükdaşımaların son üç ildə 11 faizədək artdığını qeyd edib.

O, dəhlizin rəqəmsallaşdırılması istiqamətində tərəfdaş ölkələrlə işlərin davam etdirildiyini, bunun yükdaşımaların səmərəliliyinin artırılmasına hesablandığını qeyd edib.

Nazir Qara dəniz sualtı elektrik kabeli layihəsi üzrə işlərin davam etdirildiyini qeyd edib.

O, layihənin texniki-iqtisadi əsaslandırması üzrə işlərin bu il başa çatdırılacağını bildirib.

Levan Davitaşvili Gürcüstanda aparılan qazlaşdırma layihələri sayəsində ölkə əhalisinin 94 faizinin bu yanacaqla təmin ediləcəyini vurğulayıb.

Share: