Bu ərazinin alınmasında qrupda olan hərbçilərin hamısı şəhid olub – ŞOK DETALLAR

Bu ərazinin alınmasında qrupda olan hərbçilərin hamısı şəhid olub – ŞOK DETALLAR

Vətən Müharibəsinin qəhramanlarndan biri də Cəlil Cavadovdur. O, Lerik rayonunun Xəlifəküçə kəndində anadan olub. Onun qardaşlarından biri də hərbçidir. Cəlil də zabit olub.
Qardaşının dediklərinə əsasən tabordan seçilmiş xüsusi qruplar olurdu. Bir qrupa da taborun idarə heyətinin zabiti kimi Cəlili qrup rəhbəri etmişdilər.

O, taboru ilə birlikdə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub.

Cəlil ilə tez tez danışırdıq. Onunla danışdığımız zaman tez tez deyirdi ki, “paytaxt”a az qalıb. Şuşaya paytaxt deyirdi. Ən böyük arzusu döyüşərək paytaxta girmək idi. Şuşaya özü girə bilməsə də, döyüş yoldaşları ora daxil oldular. Cəlilin də qisası alındı, bütün Vətən uğrunda şəhid olanların da.

Qardaşının dediyinə görə, Cəlil ilə son görüşümüz oktyabr ayının 10-da Füzuli rayonunun Gülmahmudlu kəndində olub.

O, taboru ilə birlikdə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub.

Cəlil oktyabrın 27-də Xocavənd rayonunun Cütçü kəndi yaxınlığında yerləşən yüksəkliyin alınması zamanı qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının dediyinə əsasən onlar hücuma keçən zaman ön, sağ və sol cinahlardan pusquya düşüblər. Və həmin an Cəlil və döyüş yoldaşları bir addım belə geri çəkilməyib, qəhrəmancasına sona qədər döyüşüblər. Həmin vaxt oradan bir nəfər yaralı sağ çıxıb. Cəlil və yoldaşları son nəfəsinədək döyüşüb. Yaralı olduğu halda əlindəki silah sursatı və digər döyüş vasitələri ilə düşmənə sarsıdıcı zərbələr vurub.   /Publika.az/

Share: