Bu 3 ölkə dünyanın ən bahalı, süni intellektə malik qırıcısını hazırlayır

Bu 3 ölkə dünyanın ən bahalı, süni intellektə malik qırıcısını hazırlayır

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İtaliya və Yaponiya ilə yeni nəsil çoxfunksiyalı qırıcının hazırlanması üçün birgə layihəyə imza atıblar.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, ən müasir texnika ilə təchiz edilən yeni qırıcının 2030-cu illərin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Qırıcının adı İkinci Dünya Müharibəsinin məşhur döyüşçülərindən biri olan ingilis Hawker Tempestin şərəfinə “Tempest” adlanacaq.

Təyyarə mürəkkəb və ani qərarlar tələb edən fövqəladə hallarda pilota kömək edə biləcək ən müasir elektron avadanlıqla, o cümlədən süni intellekt funksiyalarına malik güclü kompüterlə təchiz ediləcək. Qırıcı hətta tam avtopilot rejimində də uça biləcək.

Bildirilib ki, layihə ölkənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırmaq və yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Qeyd edək ki, “Tempest” əslində Böyük Britaniyada xidmətdə olan dördüncü nəsil “Typhoon” qırıcısını əvəz etmək üçün 1980-ci ildə yaradılıb. Artıq yüksək sürət və manevr qabiliyyəti ilə seçilən yeni qırıcı üzərində iş gedir.


Share: