“Nikol Paşinyanın psixoloji problemləri var, ordunun, müharibənin nə olduğunu, döyüşlərin nə zaman və necə baş verdiyini bilmir”.
Ermənistan Baş naziri Paşinyan bugünkü müraciətində 9-cu müdafiə korpusunun darmadağın edilyini və bunun fəlakətli nəticələrə səbəb olduğunu bildirib. “Korpusa rəhbərlik edən və ən azından baş verən hər şey üçün məsuliyyət daşımalı olan general indi mətbuat konfransı keçirib “ifşaedici faktlar” təqdim edir. Bir vaxtlar 42 milyona yararsız silah aldığını unudur. Bu fakta görə cinayət başlanıb”, – deyə Baş nazir Akopyanı ittiham edib.
Qarşı tərəf isə bildirib ki, Paşinyanın onunla bağlı hüquq-mühafizə orqanlarına hansı sifariş verəcəyindən narahat deyil. “Mən vətənimin itirilməsindən narahatam. Artıq bunun əlamətləri görünür”, – deyə Akopyan vurğulayıb.
42 milyon dollar dəyərində yararsız silahların alınması məsələsinə gəlincə, erməni general deyib: “Qoy Andranik Köçəryandan soruşsun, onunla bu barədə danışıb, məlumatı var, istintaq orqanlarından rolumun nə olduğunu soruşun. Bu adam xəstədir, xəstə. Vicdanım rahatdır, vətənimdən vaz keçmədim”.
Müstəqil.Az