Bu bankların əmlakı hərraca qoyulur…

Ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlak hərrac yolu ilə satışa çıxarılıb.

Əmanətlərin Sığortalanması Fondundan Müstəqil.az-a verilən məlumata görə, Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlak satılır.

Standard Bank KB-nin balansında olan 1 ədəd “Daevoo Neksia”, 6 ədəd “Mitsubişi Lancer”, 6 ədəd “Toyota Korolla”, 1 ədəd “Toyota Avalon”, 3 ədəd “Hyunday Accent” markalı minik avtomobili satışdadır.

Həmçinin 1 ədəd “Fiat Doblo Karqo” və 1 ədəd “Mersedes-815” yük avtomobili, 2 ədəd bankomat və 1 ədəd embosser də hərrac yolu ilə satılacaq.

Ləğv prosesində olan Atrabank ASC-nin balansında olan 1 ədəd “Ford Fokus”, 1 ədəd “Mitsubişi Pajero” markalı minik avtomobili və 2 ədəd embosser, Kredobank ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və Texnikabank ASC-nin balansında olan bağ evi də satılır.

Hərrac açıq formada Xammal və Əmtəə Birjasında növbəti ilin 16 yanvar tarixində keçiriləcək.

Müstəqil.Az

Share: