Bu dəfə İlon Mask tviteri məhkəməyə verdi

Amerikalı milyarder İlon Mask Tviteri məhkəməyə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, biznesmen məhkəmədən iddianın təfərrüatlarını gizli saxlamağı xahiş edib.

Qeyd edək ki, daha əvvəl Tviter sosial şəbəkəsinin rəhbərliyi İlon Maskı şirkəti satın almaq üçün razılaşmanı tamamlamağa məcbur etmək üçün məhkəməyə müraciət edib.

 


Share: