Bu dəfə – Şəfiqə ŞƏFA

Gəlməyəcək adamı gözləmək qədər ağır,
Quyruqlu yalanları,
Ən gülünc bəhanələri
eşitməyəcək qədər yüngül nə var?!
Gözlərin yolların yükünü,
Qulağın dincliyin keyfini çəkər.
İnsanla divarlar arasında məngənədə qalmaqdan,
Sıxılmaqdan qurtuldun sanıb
bu dəfə öz başının tələsinə düşərsən –
Gözlər bir tərəfə, qulaqlar o bir tərəfə çəkər…

Share: