Bu Forumda sədrlik ABŞ-yə keçdi — Foto

Bu Forumda sədrlik ABŞ-yə keçdi — Foto

Tailand Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Forumunda (ASİƏF) sədrliyi ABŞ-yə verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, mərasim Tailand Kraliçasının “Sirikit” konfrans mərkəzində keçirilib.

Ölkənin Baş naziri Prayut Çan-Oça ABŞ-nin vitse-prezidenti Kamala Harrisə toxunmuş bambuk səbət (çalom) təqdim edib. Bu, ASİƏF-ə sədrlik etmiş ölkənin simvoludur.

Qeyd edək ki, ASİƏF-ə 19 ölkə və 2 ərazi daxildir. Tərkibdə 12 təsisçi yer alır: Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiya. Həmçinin ÇXR (1991-ci ildə üzv olub), Meksika və Papua-Yeni Qvineya (1993), Çili (1994), Rusiya, Vteynam və Peru (1998) üzvdürlər. 1991-ci ildə ASİƏF-ə iki Çin ərazisi – Honkonq və Tayvan qoşulub.


Share: