Bu gün Əliyev-Paşinyan görüşü baş tutacaq

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

Müstəqil.Az  xəbər verir ki, görüş Avropa İttifaqinın Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan artıq ötən gün Brüsselə yola düşüb.

Qeyd edək ki, ötən gün Şarl Mişel hər iki ölkənin lideri telefonla əlaqə saxlayıb və keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə edib.

 

Share: