Əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir…- Leyla Məcidova

Əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir…- Leyla Məcidova

Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən, Dağlıq Qarabağın tarixiilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi.

Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir.Bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul etmiş və qərarları ilə dövlətimizi dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam KonfransıTəşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır.
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur.Bir tarixçi kimi,qeyd edim ki,ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində köçürülmüşlər. Ondan sonra müxtəlif səbəblər üzündən Dağlıq Qarabağda erməni əhalisi əksəriyyət təşkil etmişdir.Bunun nəticəsində XX əsrin əvvəllərində, 1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət yaradılmışdır.Dağlıq Qarabağın bütün tarixi, bütün toponimləri, coğrafi adlar Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlıdır.Bütün kəndlərin, şəhərlərin adları Azərbaycanın tarixini təcəssüm etdirir.Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır.Bütün dünya xalqları bunu yaxşı bilirki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir,öz əzəli torpaqlarını qaytarmaqla,ədalətsizliyə son qoyur.

Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb.Qürbətdə qalan ərazilər düşməndən təmizlənir,Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlmiş, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunmuşdur.” Vətən uğrunda şəhid olan hər bir əsgər gənclərimizin simasıdır”.Iki hərbiçi bacısı kimi fəxrlə qeyd edirəm ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək şəhidlərimizin qisasını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik,üçrəngli bayrağımızı doğma Xankəndində, Şuşada dalğalandıracağıq.

Lənkəran Dövlət Universiteti
Tar.ü.f.db.m

Məcidova Leyla Qadirqızı

 

Müstəqil.Az

Share: