Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub.
Müstəqil.az-ın məlumatına görə, iclasın gündəliyinə 23 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
– “Deputatın statusu haqqında” qanuna dəyişiklik;
– İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;
– “Torpaq islahatı haqqında” qanuna dəyişiklik;
– Torpaq Məcəlləsinə dəyişiklik ;
– “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik;
– “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik;
– “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
– “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;
– “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanuna dəyişiklik;
– “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;
– “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
– “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik;
– “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
– “Mədəniyyət haqqında” qanuna dəyişiklik;
– “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
– “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;
– “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
– “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;
– “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
– “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda.