Bu gün Qətərdə keçirilən dünya çempionatının qalibi müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, final matçında Argentina və Fransa yığmaları üz-üzə gələcək.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
DÇ-2022
Final
18 dekabr
19:00. Argentina – Fransa
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu