Bu gün həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək

Bu gün həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla bu gün vida mərasimi keçiriləcək.

Müstəqil.az xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin “Sərhədçi” İdman Kompleksində başlayacaq.

Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.

Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün “Sərhədçi” İdman Kompleksinə aparılacaq.

Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.

Məlumata görə, cənazələr morqdan qaldırılıb.

Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin “Sərhədçi” İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.

Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.(Mia.az)

Share: