Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.
Müstəqil.az xəbər verir ki, məntəqələr yerli vaxtla saat 8-də açılıb. Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır.
Vətəndaşlar ölkə daxilində olmaqla yanaşı, 39 ölkədə yaradılmış seçki məntəqələrində də səsvermədə iştirak edəcəklər.
Ümumilikdə, 3 min 703 seçki məntəqəsi fəaliyyət göstərir.
Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.(publika)