“Bu gün mənim və ətrafımın qurduğu xəyalları müzəffər ordumuz, Ali Baş Komandanımız gercəkləşdirdi…” – Humay Məmmədovla müsahibə

“Bu gün mənim və ətrafımın qurduğu xəyalları müzəffər ordumuz, Ali Baş Komandanımız gercəkləşdirdi…” – Humay Məmmədovla müsahibə

Rəşadətli Azərbaycan ordusu torpaqlarımızı addım- addım erməni işğalçılarından azad edir. Bu gün biz heç vaxt yaşamadığımız sevinci yaşayırıq. Bu sevinci yaşayanlardan biri də AXDG QSC- nin XDND idarəsinin “Şahdağ”gəmisinin baş mexaniki Humay Məmmədovdur.

Humay zəngilanlı olsa da, rayonunu demək olar ki, görməyib. Körpə olarkən doğma yurdunu tərk edən 34 yaşlı dənizçini və onun şəxsində məcburi köçkün statusunu yaşayan və yurd-yuvası yağı işğalından azad olan bütün soydaşlarımızı “DSD” İB və Müstəqil.Az saytı olaraq təbrik edir, onunla kiçik müsahibəni təqdim edir:

-Humay bəy, sevinciniz kənardan hiss olunur. Zəngilanın düşmən tapdağından xilas olma xəbərin necə və hansı şəraitdə qarşıladız?
– Çox sağ olun, Faiq bəy, bu sevincli günümdə məni yada saldığınız üçün sizə və kollektivinizə minnətdaram.
Zəngilan şəhərinin işğaldan azad olunma xəbərini televiziyadan, Ali Baş Komandan tərəfindən elan ediləndə eşitdim. Bu sevindirici xəbər hec vaxt mənim yaddaşımdan silinməyəcək bir xəbər idi və bu yaşadığım müddət ərzində aldıgım ən gözəl xəbər oldu.
  -Bu sevinc bütün Azərbaycanın sevincidir.Uzun illərin həsrətindən və ayrılıqdan sonra doğma rayona gedişinizi necə planlayırsınız?
-Mən Xəzər Dəniz Neft Donanmasının “Şahdağ” gəmisində Baş mexanik vəzifəsində calışıram və hal hazırda növbədəyəm. İnşallah növbəni təhvil verdikdən sonra ilk planım ailəmlə birgə doğma diyarımı qarış-qarış gəzıb, nənə və babalarımın qəbrin ziyarət etmək olacaq.
  – Geniş müsahibəmizi sizinlə yaxın günlərdə edəcəyik. İndi isə sizinlə bu günlərin sevincini paylaşmaq istəyirik. Təbrikləriniz çoxmu oldu?
-Bəli, təbriklər həddindən artıq cox oldu. Məni tanıyan hər kəs zəng vuraraq bu qələbə münasibəti ilə təbrik edirdi.
Mən də öz növbəmdə məni təbrik edən bütün yaxınlarıma, doğmalarıma öz təşəkkür və minnətdarliğımı bildirdim, gözlərimiz aydın deyirdim.
 – Humay, sizin yaddaşınıza doğma Zəngilan böyüklərin xatirələrindən hopub. Körpə olmusunuz, indi  isə 27 il ötüb o gündən. Heç görmədiyiniz Zəngilanı necə təsəvvür edirsiniz?
-Biz məcburi köckün düşərkən mənim 7 yaşım vardı, amma, hər zaman öz rayonumuz mənim göz önumdə canlanırdı və xoş xatirə kimi qalmışdı. Hər zaman böyuklərimiz Zəngilan şəhərindən və kəndlərindən bizə danışanda mən də xəyal qururdum.   Bu gün mənim və ətrafımın qurduğu xəyalları müzəffər ordumuz və Ali Baş Komandanımız gercəkləşdirdi. Bu artıq xəyal deyil. İndi öz doğma yurduma qayıdacağım günü səbirsizliklə gözləyirəm.
– Siznlə söhbət zamanı səsinizin, gözlərinizin sevinci hər kəsə sirayət edir, demək budur azadlığın sevinci, əsarətdən qurtulmağın fərəhi…
-Faiq bəy, sizə, kollektivinizə öz minnətdarliğımı bir daha bildirirəm ki, mənim sevincimə şərik oldunuz. Bir dənizçi, yazar, İB-sədri olaraq hər zaman biz dənizçiləri diqqətdə saxladığınız üçün sizə öz minnətdarlığı bildirirəm. Başda Ali Baş Komandan olmaqla bütün hərbiçilərimizə də təşəkkür edirəm ki, bizə və yaxınlarıımıza bu sevinci yaşatdılar. Elə bütün dostlarım, yurd itkisindən, vətən həsrətindən qurtulan doğmalarım, dostlarım, həmyerlilərim adından da əsgər və zabitlərimizə ayrı ayrılıqda öz minnətdarlığımı bildirirəm.
– Humay bəy, bizim sevincli günlərimizin qarşıdakı günlərdə daha çox olacağına mən də, siz də, bütün xalqımız daha çox əminik. Və elə bu əminliklə də sizinlə, insallah növbəti müsahibəmizi torpaqlarımızın azadlığını təmin edib, ərazi bütövlüyümüzn sevincini yaşadacaq qələbəni qazandıqdan sonra  Zəngilanda etmək arzusu ilə sağ ollaşıram...
-İnşallah… Ordumuza, Ali Baş Komandanımıza eşq olsun.  QARABAĞ AZƏRBAYCANDIR!!!
Söhbətləşdi: Faiq Balabəyli
Müstəqil.Az
Share: