Alimlər Günəş atmosferində olan boşluğun bu gün Yerə doğru günəş fırtınası başladacağını açıqlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yüklü hissəciklərin davamlı axını bu boşluq vasitəsilə yayıla və saatda 3 milyon kilometrə qədər yüksək sürətlə hərəkət edə bilər.
Tədqiqatçılar günəş fırtınasının intensivliyini “G1” olaraq qiymətləndiriblər.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, günəş qasırğası elektrik şəbəkələrinə və peyk rabitəsinə ziyan vura bilər.