Bu günümüzü sizə borcluyuq!

Bu günümüzü sizə borcluyuq!

İkinci Qarabag müharibəsi bizə bir daha özümüzü tanitdi. Öz milli kimliyimizi, öz qəhrəmanlığımızı, milli birliyimizi ortaya qoydu.

İkinci Qarabağ savaşı bizim millət olaraq namusumuzu təmizlədi. Bu savaş, namusumuzun, yaşadığımiz evin darvazasından icəri yox, Azərbaycanımızın sərhəddindən başladiğının əyani sübutu oldu! Müharibələr bütün xalqları birləşdirir. Amma Azərbaycan xalqı birliyin ən möhtəşəmini ortaya qoydu. Əlbəttə ki, burada əsas yük gənc nəsilin üzərinə düşdü… O nəsilin ki, hərbi səfərbərliyə könüllü olaraq yola düşmüşdülər. Bizə qələbə sevincini yaşadan bu qəhrəman əsgərlərimizin bəziləri ən yüksək zirvəyə, şəhidlik  zirvəsinə yüksəldi. Bəziləri isə, qazi olaraq geri qayitdılar.
Bu qələbəni bizə yaşadan qəhrəman qazilərimizin içində, Cəlilabad rayonunun Ağusəm kəndinin də igidlərinin çox böyük xidmətləri var.
Qəhrəman əsgərlərimizin kecirdiyi hər döyüşü, onlarin analari öz dualarinda, yuxusuz gecələrində keçiriblər. Bu yazıyla, igid qazilərimizin ana və bacılarına minnətdarləq hissimi bildirməklə yanaşı, öz təbriklərimi çatdırmaq istəyirəm. İgidlərimizin adlarını bir- bir sadalamaqla, onlara olan dərin məhəbbətimi və sevgimi bildirirəm.

Biz bu günümüzə görə sizlərə borcluyuq, əzizlərim;-

Əzizov Əmrah Çingiz oglu

Həsənov Sənan Ədalət oğlu,

Qurbanov Musa Qabil oğlu,

Şahbazov İmran Elşad oğlu,

Babayev İsrail Əlikram oğlu,

Pənah Xaləddin oğlu,

Babayev Tacir Aslan oğlu.
Gözünüz aydın olsun Azərbaycan!

Sabir Zəkullaoğlu

 

Share: