Bu il 27 uşaq övladlığa verilib

Bu il 27 uşaq övladlığa verilib

Bu il 27 uşaq övladlığa verilib

2024-cü ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib.

Sosial Xidmətlər Agentliyindən -nın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb.

Qeytkipinq prosesi çərçivəsində 182 uşaqla bağlı 142 müraciət daxil olub. Onlardan 58 uşaq ailədə saxlanılıb, 69 uşaq müəssisəyə yerləşdirilib. Digər uşaqlarla bağlı isə aidiyyəti üzrə qərar qəbul edilib və ya işlər davam etdirilir.

Ümumilikdə bu ilin ötən dövründə 31 uşaq ailə himayəsinə qaytarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Share: