Bu ölkə Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyanlara sanksiya tətbiq edəcək

Bu ölkə Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyanlara sanksiya tətbiq edəcək

Kanada Məhsa Əminin ölümünə görə məsuliyyət daşıyan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kanadanın Baş naziri Castin Trüdo açıqlama verib.

“Biz İranın dəfələrlə insan haqlarına məhəl qoymadığını gördük, indi bunu Məhsa Əminin ölümü və etirazların yatırılması ilə görürük. Bu gün elan edirəm ki, biz onlarla şəxsə və təşkilata, o cümlədən İranın əxlaq polisi adlanan quruma qarşı sanksiyalar tətbiq edəcəyik”, – deyə Trüdo bildirib.


Share: