Almaniya Ukrayna üçün F-16 qırıcı koalisiyasına qoşulmur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlama verib.
“F-16 qırıcı təyyarələrimiz olmadığı üçün koalisiyada deyilik”, – deyə nazir bildirib.
Qeyd edək ki, Niderland və Danimarka başda olmaqla bəzi ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanması ilə bağlı razılığa gəliblər.