Bu ölkədə 14 min nəfər sudan zəhərləndi

İraqın cənubunda yerləşən Bəsrə şəhərində içməli suyun çirklənməsi səbəbindən zəhərlənənlərin sayı 14 min nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat şəhər səhiyyə departamentinin bəyanatında yer alıb. Zəhərlənən 1600 nəfər xəstəxanalara ishal simptomları ilə çatdırılıb.

Qeyd edək ki, iyulun 8-də Bəsrədə elektrik və su təminatının yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərin birinin ölümündən sonra liman şəhərində vəziyyət daha da gərginləşib. Sonradan aksiyalar Maysan, Kərbəla, Nəcəf, Di-Kar Babil və digər cənub şəhərlərinə yayılıb. İraq şiələrinin nüfuzlu alimi Əli əs-Sistani nümayişçiləri və onların tələblərini dəstəkləyib.

Hökumət etirazçıların tələblərinin yerinə yetirilməsi üçün xüsusi komissiya yaradıb, içməli su borularının və elektrik xətlərinin bərpası üçün 2 milyard dinar (17 milyon dollar) ayıracağını vəd edib.

 

Share: