Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb.
Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib.
Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.