Belarusda koronavirusa görə tətbiq edilən maska rejimi ləğv olunub.
Artıq ictimai nəqliyyatda və taksidə qoruyucu maskalar taxmaq, fiziki şəxslərdən obyekt və təşkilatlarda sosial məsafə gözləmək tələb edilməyəcək. Qərar bu gündən qüvvəyə minir.
Kuryer və taksi sürücülərindən peyvənd pasportu tələb edilməyəcək.
Dini təşkilatlar dini ayinlər və mərasimləri, habelə dini ehtiyacları qarşılamaq üçün digər məqsədli tədbirlər istənilən rahat formatda keçirə bilərlər.