Bu peşəkar əcnəbilər Türkiyəyə qarşı vuruşur – Foto

Türk ordusunun 9 şəhid verdiyi Afrinin Kəltəpə ərazisində YPG terror qruplaşmasının sığınacaqlarından birində aşkar edilən gizli otaqda 2 ədəd yaddaş kartı tapılıb.

Müstəqil.Az  xəbər verir ki, tapılan yaddaş kartlarında ABŞ-ın yetişdirdiyi terrorçular barəsində məlumatlar əksini tapıb.

Məlumata görə, yaddaş kartlarında başda ABŞ olmaqla YPG sıralarında döyüşən əcnəbi terrorçuların adları və şəkilləri yer alıb. Terrorçuların adlarının qarşısında snayper, silah təlimçisi, ABŞ xüsusi dəstəsində xidmət keçən, ağır silah mütəxəssisi və s. kimi ixtisaslar da qeyd olunub.

Kanadalı Hevi Pilinq adlı qadın terrorçunun snayper, amerikalı Ceymi Leyn adlı qadının silah təlimçisi olduğu, fransız Damien Budsommier adlı şəxsin isə BMT üçün əvvəllər Əfqanıstanda xidmət apardığı müəyyən edilib.

422 əcnəbi terrorçu arasında ABŞ-dan başqa Fransa, Çin, Yaponiya, Əlcəzair, Kanada, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Sloveniya, Avstraliya və İspaniya vətəndaşlarının da olduğu məlum olub.

Qeyd edək ki, Türk ordusunun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində YPG sıralarında vuruşan 422 əcnəbi terrorçudan 29-u öldürülüb.

Müstəqil.Az

    Share: